Poroşenko separatçıları bağışlamağı təklif edir

Qanun Malaysia Airlines təyyarəsinin vurulmasında əli olanlara şamil edilmir.

Ali Rada, Ukrayna prezidenti Petr Poroşenkonun, qondarma “Donbas xalq respublikaları”nın tərəfdarlarının əhv edilməsinə dair qanun barədə irəli sürdüyü təklifini qəbul edib.

“Donetsk və Luqansk vilayətləri ərazisində hadisələrin iştirakçısı olan şəxslərin təqibi və cəzasının yolverilməzliyi barədə” qanuna əsasən 2014-cü ilin fevral ayının 22-dən bu qanunun qüvvəyə mindiyi ana qədər cəza tətbiqi nəzərdə tutulan cinayət törədən şəxslər cinayət məsuliyyətindən azad edilir.

Bu norma, həmçinin qondarma Donetsk və Luqansk əyalətlərində hakimiyyət orqanlarının fəaliyyətində və ya hərbi əməliyyatların keçirilməsinə qarşı hərəkatda iştirak edən şəxslərə aiddir.

Onlar cinayət məsuliyyətindən bir şərtlə azad edilirlər, onlar bu qanun qüvvəyə mindiyi andan bir ay müddətində girov saxlamır və ya olan girovları azad buraxırlar, silahları, sursatları, hərbi texnikanı, partlayıcıları dövlət orqanlarına təhvil verirlər, dövlət orqanlarına və yerli özünüidarə orqanlarına aid məkanları tərk edirlər.

Qanun, 2014-cü ilin iyul ayının 17-də Donetsk vilayətində MH17 reysli Malaysia Airlines təyyarəsinin qəzasında, eləcə də bu qəzanın istintaqının aparılmasına maneçilik törətməkdə əli olanlara şamil edilmir.

Qanun, həmçinin ağır cinayətlərin törədilməsində ittiham edilənlərə şamil edilməyəcək.

İkinci gün Ukrayna parlamenti Donbasın xüsusi statusu barədə qanun qəbul edib.  /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar