Sabiq millət vəkili vəfat etdi - FOTOLAR

Milli Məclisin keçmiş deputatı və komissiya sədri, bir sıra rayonlara rəhbərlik etmiş Soltan Məmmədov vəfat edib. Publika.az xəbər verir ki, 81 yaşlı S.Məmmədov ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Soltan Məmmədov 10 mart 1938-ci ildə Astara rayonunda anadan olub. 1965-ci ildə Bakı Dövlət Universitetini, 1978-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. 1971-73-cü illərdə Astara şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1973-77-ci illərdə Astara rayon partiya komitəsinin katibi, 1977-1980-ci illərdə Astara rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980-1988-ci illərdə Lerik rayon partiya komitəsinin birinci katibi, 1988-1991-ci illərdə Astara rayon partiya komitəsinin birinci katibi, 1992-1995-ci illərdə isə Azərbaycan Respublikası Mənzil-komunnal Təsrrüfatı nazirinin birinci müavini vəzifələrində çalışıb.

Üç çağırış Azərbaycan SSR Ali Sovetinin (1981-1985, 1985-1990-cı illər), Azərbaycan Respublikası Milli Şurasının üzvü, mənzil-komunnal daimi komisiyasının sədri olub, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-İran dotluq qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

Səmərəli fəaliyyətinə görə “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri, bir sıra medallar və fəxri fərmanlarla təltif edilib.

Allah rəhmət eləsin.

635x100

Şərhlər

Rasim 2019-09-15 11:38:54

Allah rehmet elesin Emil qardaşimiza sebr dileyirem

asif muradov 2019-09-15 11:38:54

allah rehmet elesin nazim ve emil mellime allah sebr versin

zahid 2019-09-15 11:38:54

allah rehmet elesin emil mellim

elsad 2019-09-15 11:38:54

allah rehmet elesin emil mellimin surucusu olmusam yaxsilarin yaxsiyiydi

ilkin 2019-09-15 11:38:54

Allah rehmet elesin Emil qardashimiza sebr versin amin

Qida agentliyinin emekdaslari 2019-09-15 11:38:54

Allah rehmet elesin Allah oğlu Emil memmedova sent versin

фархад шириев 2019-09-15 11:38:54

лейагатли бир шехсийати итирдик . Aллах султан муалеми рехмет етсин .

Son yazılar