Rusiyanın Uzaq Şərqi su altında qalır

Rusiyanın Uzaq Şərq federal dairəsində 137 yaşayış məntəqəsi su altında qalır.Trend-in məlumatına görə, bu səhərə olan informasiyaya əsasən 97 yaşayış məntəqəsi, 958 yaşayış binası, 3650 ev sahəsi və 144 yol hissəsi su altında qalıb.

Məlumatda bildirilir ki, hazırda Xabarovsk ərazisində və Yəhudi Muxtar Vilayətində, 16 bələdiyyə rayonunda 137 yaşayış məntəqəsi, 774 yaşayış binası, 3.966 ev sahəsi, və 153 yol hissəsi su altında qalmaqdadır.

Bütün bunlara rəğmən, bildirilir ki, xəsarət alanlar və əlaqənin kəsildiyi yaşayış məntəqələri yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar