Bakıda yol polisləri ağır qəza törətdi - Dəhşətli kadrlar + VİDEO

Bu gün səhər 7:00 radələrində yol polisləri ağır qəza törədiblər.

BakuPost xəbər verir ki, 99 YP 468 nömrə nişanlı avtomobillə qəzaya düşən polislər Bakı Şəhər Yol Polisi İdarəsinin gecə növbəsinin əməkdaşları olub.

Yayılan videodan görünür ki, onların vəziyyətləri ağır olub.

Hadisə Binəqədi rayonu ərazisində, Azadlıq prospektində baş verib.

Qəza barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BakuPost-a bildirib ki, faktla Bağlı Binqədi RPİ-də araşdırma başlanılıb, hadisənin təfərrüatları öyrənilir:

“Hadisə ehtiyatsızlıqdan baş verib. Xəsarət alan əməkdaşlarımız DİN-in Hospitalana yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir”.

635x100

Şərhlər

Qoca Molla 2019-09-15 15:09:32

Deyəndə ki, tıxacı yaradan elə bunların özləridir çox adam inanmır, ya da deyir guya bunlar olmasa biz düzgün sürə bilmərik. Boş şeydir. DYP-də yol patrulları ləğv edilməli, nəzarət və cərimələr kameralarla aparılmalıdır. bu qədər DYP maşının benzin və usta xərci, patrulların əmək haqqları bedcədən lazımsız məsrəflərdir. Turistlər də DYP maşınlarını çox görəndə buranı Əfqanıstan, ya da Banqladeşlə səhv salırlar.

AAgahuseyn 2019-09-15 15:09:32

Bəzi YPX-i əməkdaşları harınlayıb.ALLAH onlara rəhm etsin.Bu qədər insanları bezdirmək olmaz.ĞİZLƏNİB dururlar tində savadsız sürücülərdən pul toplayırlar.İNANMIRSIZSA ğıli mən ğöstərim.Bakı YP-nin yaxınlıqında bu hadisə daha cox baş verir.NƏticədə adamda fikir yaranır ki,bunu pəhbərlik edir.

Kohne 2019-09-15 15:09:32

ALLAH özü bilən məsləhətdiŕ!

Azer 2019-09-15 15:09:32

Yıxılana balta vurmayın.Sağalandan sonra nə istəyirsinizsə deyin,lap söyün də.

Son yazılar