ABŞ şirkəti "DQR"-i müstəqil ölkələrin reytinq siyahısına daxil saldı

ABŞ-ın ən böyük qlobal konsaltinq şirkətlərindən biri olan “Gallup and Healthways” şirkəti 2014-cü il üçün rifah səviyyəsinə görə ölkələrin beynəlxalq indeksini tərtib edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin açıqladığı siyahıda dünya birliyinin tanımadığı separatçı “Dağlıq Qarabağ Respublikası”nın da adı yer alıb. Maraqlıdır ki, qərəzli reytinq cədvəlində Qarabağ ən xoşbəxt və rifah halı yüksək olan 78-ci “ölkə” kimi göstərilib. Absurd məqamlardan biri bu göstərici ilə sosial problemlər içində boğulan separtçı qurumun Azərbaycanı (111) və Ermənistan (112) qabaqlamasıdır.

135 ölkənin yer aldığı indeks cədvəlində ilk pilləni Panama, sonuncu pilləni isə Suriya tutur. Aparıcı ölkələrtdən ABŞ 12-ci, İngiltərə 26-cı, Almaniya 29-cu, Fransa 51-ci, Rusiya 62-ci və Türkiyə 97-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, reytinq cədvəli 5 əsas faktor – məqsədyönlülük, sosial əlaqə, maliyyə və fiziki imkanlar və yerli idarəetmə orqanlarının prosesə qoşulma dərəcəsi əsas götürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar