Honkonqda gərginlik: Etirazçılar Hökumət binasına “Molotov kokteyli” atdılar

Çinin Honkonq xüsusi inzibati bölgəsində sentyabrın 15-də keçirilmiş qanunsuz etiraz aksiyası zamanı radikal etirazçılar hakimiyyət orqanlarının binalarına "molotov kokteylləri" atıblar.

Aksiya iştirakçıları bəzi yerlərdə yanğınlar törədib, metro stansiyalarında avadanlığı məhv ediblər. Nəticədə metronun "Admiralty" stansiyası fəaliyyətini dayandırmağa məcbur olub. Bundan başqa, etirazçılar şəhərin əsas yollarını bağlayaraq nəqliyyatın hərəkətinə ciddi mane olub, ictimai və özəl binaların şüşələrini sındırıblar. Aksiyaçılar Çin Xalq Respublikasının dövlət bayrağını yandırıblar.

Polis zorakılıq hallarının qarşısını almaq üçün aksiyaların dağıdılmasına başlayıb. AzərTAc xatırladır ki, Honkonqda ekstradisiya haqqında qanuna təklif olunan düzəlişə etiraz olaraq iyun ayından bəri aksiyalar keçirilir. Aksiyaların gedişində etirazçılar ciddi iğtişaşlar törədib, polislərə, şəhərdəki dövlət və özəl binalara ciddi ziyan vurublar. Sentyabrın 4-də Çinin Honkonq xüsusi inzibati bölgəsi icraçı hökumətinin rəhbəri Kəri Lam ekstradisiya haqqında qanuna təklif olunan düzəlişin geri götürüldüyünü elan edib. Buna baxmayaraq, etirazçılar həmin qərardan sonra da qanunsuz aksiyalarını davam etdirirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar