Artıq britaniyalıların yarısı Şotlandiya və Şimali İrlandiyanın ayrılmasına etiraz etmir

Dərc olunub: 15/09/2019 - 22:50

9e63255eeb4a1776db557418a4b19851Böyük Brtaniya əhalisinin demək olar ki yarısı “Breksit”dən sonra Şotlandiya və Şimali İrlandiyanın müstəqillik barədə referendum keçirməyə haqqı olduğunu düşünür. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, BMG agentliyinin “The İndependent” qəzetinin sifarişi ilə keçirdiyi sorğu bunu göstərir.

Respondentlərin 45%-i hökumətin Şotlandiyanın müstəqillik haqqında referendum təyin olunması istəyinə müsbət cavab verməli olduğunu dilə gətirib. Rəyi soruşulanların 30%-i bu məsələdə mənfi fikir bildiriblər. Qəzetin analizinə görə əgər qərarsızlar nəzərə alınmasa artıq növbəti plebsitin keçirilməsi fikrinə tərəfdar olanların sayı 60%-dən çox olacaq.

Sorğu iştirakçılarının 52%-i Şimali İrlandiyanın “Breksit”dən sonra Böyük Britaniyann tərkibində qalmaq və ya İrlandiya Respublikasına qoşulmaq barədə qərar vermək haqqına sahib olduğunu bilidirib. Referendumun əleyhinə sadəcə 19%-in çıxması diqqət çəkir.

Separatçı Şotlandiya Milli partiyasının Böyük Britaniya İcmalar palatasındakı fraksiyasının lideri Ayan Blekford sorğunun “müstəqillik uğrunda hərəkat üçün” vacib olduğunu söyləyib.

“Bütün “Breksit” prosesi ərzində bizlərə məhəl qoyulmadı. Son 3 il Şotlandiyanın müstəqilliyinin dəyərinin nə dərəcədə artdığını göstərib”,-deyə A.Blekford qeyd edib.

Böyük Britaniyanın Şimali İrlandiya işləri üzrə keçmiş naziri Piter Heyn “Breksit”in əvvəl axır ölkənin parçalanmasına gətirib çıxaracağı barədə qorxularının gerçəkləşdiyini deyib.

Birlik tərəfdarı sayılan Demokratik Yunionist partiyasının Britaniya parlamentində təmsil edən Gevin Robinson isə Şimali İrlandiyanın “iqtisadi, sosial, mədəni və tarixi səbəblərdən dolayı” Birləşmiş Krallığın tərkibində qalmalı olduğunu vurğulayıb.

Qeyd olunur ki, BMG-nin sorğusu bu ilin sentyabr ayının 3-6 aralığında baş tutub. Şirkət İngiltərə, Şotlandiya və Uelsdə 1504 insanın rəyini xəbər alıb. Soğruda Şimali İrlandiya sakinlər iştirak etməyiblər.

Lakin bu yaxınlarda lord Eşfort tərəfindən həyaya keçirilən rəy sorğusunda Şimali İrlandiya əhalisinin 46%-nin İrlandiya Respublikasına qoşulmaq arzusunu üzə çıxarıb.








loading...


Fikrinizi bildirin