Qobustanda "Toyota" körpüdən aşıb, ölən və xəsarət alan var - FOTO
Baxiş sayı:
Dərc olunub:
15/09/2019 - 23:14
Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 22:00 radələrində Qobustan rayonu ərazisində qeydə alınıb.
"Toyota" markalı minik avtomobili yoldan çıxıb və körpüdən aşıb. Nəticədə sürücü avtomobilin altına düşərək dünyasını dəyişib, sərnişini isə ağır xəsarət alıb. Hadisə yenicə baş verdiyi üçün ölən və yaralının adı hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Son yazılar
18:31
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.