Hacıqabulda iki yük maşını toqquşub, 3 nəfər xəsarət alıb

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda, Hacıqabulun Padar kəndinin ərazisində qeydə alınıb.

Hadisə zamanı iki "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Yol qəzasının təfərrüatlarını Baş DYP İdarəsinin istintaqçıları araşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar