“Hafiz, sən məni öldürdün...” - Video

İş adamı Hafiz Məmmədovun sahib olduğu Fransanın “Lans” klubu azarkeşləri ona olan etirazlarını maraqlı tərzdə bildiriblər.

“Lans”azarkeşləri üzərində “Hafiz, sən məni öldürdün” yazısı olan plakat hazırlayıblar və onu şəhərin küçələrinə yayıblar. Azarkeşlərdən biri isə bu cür etiraz etdiklərini belə izah edib:

“Biz yumorla dolu olan bir plakat hazırlamaq istədik ki, klubun hazırkı vəziyyətini dilə gətirək. Ağlamaqdansa, gülmək yaxşıdır. Səhmdarlara heç vaxt güvənmək olmaz. Doğrudur, Hafiz Məmmədov ötən il klub üçün 20 milyon avro xərcləyib ancaq biz bu il ondan pul gözləyə bilmərik. Ona görə də biz Hafizə bu yolla mesaj göndərmək istədik. Biz Azərbaycanla savaşmaq fikrində və ya ocağa yağ tökmək niyyətində deyilik. Sadəcə olaraq klubun hazırkı vəziyyətini diqqətə çatdırmaq istəyitik”

Qeyd edək ki, son zamanalrada Hafiz Məmmədov kluba heç bir maddi vəsait ayıra bilmir”  /“sportbox.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar