DÜNYA BAZARINDA NEFTİN QİYMƏTİ KƏSKİN ARTDI - 100 dollara qədər bahalaşa bilər

Səudiyyə Ərəbistanının neft ixracını ixtisar etməsi barədə xəbərlərdən sonra neftin dünya bazarında qiyməti 12% - 13% artıb. Bu barədə "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, qiymətlərin maksimum artımı 19% təşkil edib. Məlumata görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 71,62 dollara qədər bahalaşıb.

WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti 63,47 dollara çatıb.

***

Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus olan iki neft emalı zavoduna pilotsuz uçan obyektlər tərəfindən edilən hücum neftin 1 barelinin 100 ABŞ dolları səviyyəsinə çatmasına səbəb ola bilər.

“APA-Economics”in xəbərinə görə, bu proqnozla xarici mütəxəssislər çıxış ediblər.

Onların fikrincə, neftin qiymətinin 100 dollara qədər artması sözügedən obyektlərdə vəziyyətin bir ay ərzində normallaşması şəraitində baş verə bilər.

Səudiyyə Ərəbistanının neft hasilatını azaltması artıq nefti kəskin bahalaşdırıb. Belə ki, xəbər yazılan vaxtda ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 10,49% artaraq 1 barelə görə 66,54 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 9,20% artaraq 59,84 dollar təşkil edib.

Qeyd edək ki, İrandan dəstəklənən və silahlandırılan Yəmən şiə qruplaşmasının Səudiyyə Ərəbistanının neft emalı zavodlarına və neft yataqlarına həyata keçirdiyi hücumun nəticəsində dünya birjalarında neftin qiyməti gözlənildiyi kimi kəskin sıçrayışla artıb. Belə ki, husilərin həyata keçirdiyi dron hücumu nəticəsində Səudiyyə Ərəbistanında gündəlik neft hasilatı yarıdan çox (5.7 milyon barrel) azalıb, bəzi məlumatlara görə ümumiyyətlə dayanıb. “Saudi Aramco” şirkətinin gündə 7 milyon barrel neft emal edən zavodu sıradan  çıxıb.

Ötən həftə sonu ABŞ bazarda vəziyyəti sabitləşdirmək üçün özünün strateji neft ehtiyatlarını işə salacağını açıqlamışdı. Bununla belə neft bazarında panikanın tezliklə səngiyəcəyi ağlabatan görünmür.

635x100

Şərhlər

Ekspert 2019-09-16 12:23:32

Bosh sheydi. 2014cu ilde de neft giymetlerinin boyuk enishinden gabag. Neft 100 dollardan 125 dollara kimi bahalashmishdi lakin novbeti illerde neft 30 dollara kimi dushdu. Ona gore bu ani yukselish yaxin gelecekdeki boyuk enmenin isharesi ola biler. Bu defe neft 40 dollara kimi dushe biler ve usun muddet bu seviyyede qala biler. Artiq dunya alternativ enerjilere kechid edib.

vuqar 2019-09-16 12:23:32

Bir seyi yaddan cixarmaq lazim deyilki neftden qazdan asili dovletler hec vaxt imkan vermezlerki qiymet o qeder ensin.Realist olmaq lazimdir Putin hec vaxt imkan vermezki qiymet duse ona gorede bu terror hadiseleri biri qurtaracaq digeri baslayacaq.Dunyada edaletde edaletsizlikde hegemon dovletlerin elindedir nece isteyirlero formadada firladirlar ..ruletka.. usulu.Alternativ enerji menbelerinin inkisafi uzun iller vaxt aparacaq cunki o menbelerin neft-qaz .la reqabeti zeifdir!

Vuqara 2019-09-16 12:23:32

Alternativ enerji menbeleri geride galmish olkelerde neft qaza nisbeten zeif ola biler. Lakin Amerika avropa ve yaponiyada artiq 25 faizi kecib. Bu ise zeif demek deyil.

Son yazılar