“Azərnəşr”in yığılmış zərəri 6 milyon manatı keçib
Baxiş sayı:
Dərc olunub:
16/09/2019 - 09:40
“Azərbaycan” dövlət nəşriyyatının (“Azərnəşr”) cəmi aktivləri bu il yanvarın 1-nə 24,856 milyon manat təşkil edib.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,55% azdır.
Hesabat dövründə “Azərnəşr”in cəmi öhdəlikləri 8% azalaraq 5,335 milyon manata, cəmi kapitalı isə 2,25% azalaraq 5,335 milyon manata düşüb.
Nəşriyyat ötən ili 449 min manat xalis zərərlə başa vurub. Bununla da, qurumun yığılmış zərəri 6,099 milyon manata çatıb.
Xatırladaq ki, “Azərnəşr” 1923-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4,742 milyon manatdır.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.