BAKIDA ƏSGƏR MƏZARLIĞI SALINIR! – Müdafiə naziri təsdiq etdi…

Dərc olunub: 16/09/2019 - 10:08

zakir-hesenovBakıda, İkinci Fəxri Xiyabanın yaxınlığında yeni şəhidlər xiyabanının salınması barədə məsələyə aydınlıq gətirilib.

“AzPolitika” xatırladır ki, ərazidə sıra ilə məzarların salınmasını əks etdirən videogörüntülər yayıldıqdan sonra bu, sosial şəbəkələrdə müharibəyə hazırlıq kimi qiymətləndirilmişdi.

Axar.az-ın məlumatına görə, Müdafiə naziri Zakir Həsənov Real TV-yə müsahibəsində bu barədə də sualı cavablandırıb. Nazir, sözügedən ərazidə əsgər məzarlığının salındığını təsdiq edib.

“Hardasa, 60-70-ci illərdən həmin ərazidə Sovet hərbi donanmasının bir anbarı var idi. Bu əraziyə istifadədən çıxmış avadanlıqlar yığılmışdı. Ora lazımsız bir əraziyə çevrilmişdi.
Biz qərara gəldik ki, oranı təmizləyək. Təmizləyəndən sonra düşündük ki, ətraf hamısı qəbirlərdir, ordan necə istifadə edək? Təbii ki, ancaq qəbiristanlıq salmaq olardı. Dünya təcrübəsinə baxdıq: ABŞ-da, Avropada, Rusiyada, Gürcüstanda, Latviyada, İsraildə “əsgər məzarlıqları” var, niyə Azərbaycanda olmasın? Bu məzarlıqlarda dəfnin şərtləri də var. Birincisi, yaxınlarının razılığı olmalıdır, ikincisi, qəbirlər eyni cür olmalıdır, bəzək, dəbdəbə qadağandır və s.”

Nazir bildirib ki, orda əsgər məzarlığı yaratmaq niyyətindədirlər: “Mənə məruzə edirlər ki, sosial şəbəkələrdə əsgər qəbiristanlığının yaradılmasını müharibəyə hazırlıq kimi qələmə verirlər. Bunun müharibəyə hazırlıqla heç bir əlaqəsi yoxdur. Ancaq mən bir daha deyirəm: Azərbaycan Ordusu müharibəyə gecə-gündüz hazırlaşır, düşmənə layiqli cavab verməyə hazırdır, qadirdir və bunu arzulayır”.

“AzPolitika”








loading...


Fikrinizi bildirin