Gürcüstanın təhsil nazirinin müavini Azərbaycan Prezidentinə təşəkkür edib

Dərc olunub: 16/09/2019 - 10:28

fa653a37-5676-4ff6-bdc5-f5fc6e371f26“Azərbaycanın Qax rayonunda gürcüdilli məktəb üçün yeni binanın inşa olunmasına Gürcüstan hökuməti çox böyük önəm verir”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Levan Xaratişvili bildirib.

Onun sözlərinə görə, müasir tələblərə cavab verən istənilən məktəbin açılışı müsbət addımdır: “Qax rayonunun Əlibəyli kənd məktəbinin yeni binasının istifadəyə verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və azərbaycanlı tərəfdaşlarımıza və təşəkkür edirik”.

Nazir müavini Gürcüstan və Azərbaycan arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin olduğunu vurğulyaraq, bu əlaqələrə görə azərbaycanlı tərəfdaşlara minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci ilin oktyabrın 29-da “Qax rayonunun Əlibəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. 216 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılmışdı.

Şota Rustavelinin adını daşıyan orta məktəbin yeni binası 2019-cu ilin sentyabrın 13-də istifadəyə verilib.








loading...


Fikrinizi bildirin