Borçalının qubernatoru özünə azərbaycanlı müavinin təyin olunmasını ləngidir
Baxiş sayı:
Dərc olunub:
16/09/2019 - 11:42
Gürcüstanın Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru Şota Rexviaşvili özünə azərbaycanlı müavinin təyin olunması məsələsində tələsmir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qubernator jurnalistlərə açıqlamasında bildirib.
Jurnalistlərin "Azərbaycanlı müavininizi nə zaman təyin edəcəksiniz" sualına Ş.Rexviaşvili "Vaxt gələcək və sualınıza konkret cavab veriləcək" deyə cavab verib.
Qeyd edək ki, Kvemo Kartli bölgəsinin qubernatorunun biri azərbaycanlı olmaqla üç müavini olur. Keçmiş müavin Zaur Darğallı bu ilin mayında Marneuli Rayon İcra Hakimiyyətinin başçısı seçilib. Həmin vaxtdan bölgə qubernatorunun azərbaycanlı müavininin postu vakant qalıb.
Son yazılar
18:31
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.