“Şahdəniz” qazının ixracı 32% artıb
Baxiş sayı:
Dərc olunub:
16/09/2019 - 12:23
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 17 862,5 mln. kubmetr qaz nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,8% artım müşahidə olunub. Qazın nəqlinin 36,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Hesabat dövründə bu kəmərlə 6 587,3 mln. kubmetr qaz ötürülub ki, bu da ötən ilin müvafiq dövründən 32% çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.