Husilər Səudiyyə Ərəbistanında neft obyektlərinə hücumla bağlı xəbərdarlıq edib

Yəməndəki Husi qiyamçı hərəkatı Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hər an hücum ediləcəyi barədə xəbərdarlıq edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Husi hərbi qüvvələrinin sözçüsü Yəhya Sarea “Twitter” səhifəsində qeyd edib.

O, “Saudi Aramco"ya məxsus neft emalı zavodlarının hələ də onların hədəfində olduğunu bildirib. Y. Sarea bu səbəbdən də xarici vətəndaşlara ərazini tərk etmələri barədə xəbərdarlıq edib.

Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Bu da şirkətin hasilatının 50 faizinə bərabərdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar