Rusiya və İran nüvə sahəsində əməkdaşlığı müzakirə ediblər

Dərc olunub: 16/09/2019 - 13:46

755d7f41e99ecfbİranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi Rusiyanın “Rosatom” korporasiyasının baş direktoru Aleksey Lixaçevlə görüşüb.

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, rəsmilərin görüşü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Vyanada keçirilən 63-cü sessiyası çərçivəsində baş tutub.

Tərəflər nüvə sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində əməkdaşlığı müzakirə ediblər.

Qeyd edək ki, bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Vyanada 63-cü sessiyası öz işinə başlayıb. 170 ölkədən olan nümayəndə heyətləri nüvə enerjisinin inkişafı, nüvə təhlükəsizliyi məsələləri ilə yanaşı, İran və Şimali Koreyanın nüvə siyasətini müzakirə edəcəklər. Sessiya sentyabrın 20-dək davam edəcək.








loading...


Fikrinizi bildirin