Milli Şura mitinq üçün Bakı Meriyasından yer istədi

“Aksiyanın “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutlurdu. Lakin orada da mitinqin keçirilməsinə mane olmaq üçün söküntü işləri aparılır”.

Bunu Modern.az-a açıqlamasınnda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı bildirib.

“Bakı Şəhər İcra Hakimiyyətinə mitinqi təşkil edəcəyimiz yerlə bağlı müraciət etmişik, lakin hələ ki heç bir cavab yoxdur. Bütün aksiyalarımızda təşkilatçı Milli Şuradır və hər kəsin, bütün partiyaların kütləvi aksiyalarda iştirakı arzuolunandır. “Məhsul” stadionu olmasa, bizim tərəfimizdən başqa alternativ yerlər təklif edilib. Nərimanov parkı, 28 May meydanı bu yerlərin sırasındadır”.

Qeyd edək ki, Milli Şura sentyabrın 28-nə mitinq təyin edib. Bu barədə xəbəri AXCP sədri Əli Kərimli bildirib. Mitinqin tələbləri Qarabağa azadlıq, seçki islahatları, siyasi məhbuslara azadlıq, uşaqpulunun və tibbi sığortanın verilməsidir.

635x100

Şərhlər

Bashirov Qarib 2019-09-16 13:57:33

Bu gun açıqlanıb ki, SOKAR keçən il 111milyard gəlir əldə edib. Bu milyardlardan 2 mild.ayırsalar, uşaq pulunu bərpa edərlər.Ayırmazlar, dagıdarlar,israf edərlər, Oyunlara xərcləyərlər, amma,uşaqlara ayırmazlar.Çunki,S.Novruzov deyir ki,uşaq artımı bizim prioritetimiz deyil.Onların prioriteti millətin soyunu tukətməkdir.

miri 2019-09-16 13:57:33

Azadlıq meydanı veriısin!

Son yazılar