Bakıda şirkət cərimə ala-ala gedir - Məbləğ 1 milyon manata çatır

“Oval ST” Məhdud Məsuliyyətli Cəmiyyət təkcə sentyabr ərzində 15 dəfədən çox eyni səbəbdən və müxtəlif məbləğlərdə cərimə olunduğunu görə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının xarici valyuta ilə əməliyyatlarına görə cərimələməsi səbəb olub.

Belə ki, şirkət İnzibatı Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayonun Məhkəməsi qərar çıxarıb.

Şirkətin apelliyasiyada olan şikayətlərin ümumi məbləğləri 978 806 manatda belə yuxarıdır.

Yuxarıda qeyd edildiyi kimi bu qərarların bir neçəsinə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. /Banker.az

635x100

Şərhlər

Bankir 2019-09-16 14:13:12

Bunu Nikoil bankdan kochurme edibler cerime banka da teyin edilib. Lakin bank necese palataynan razilashib.

Son yazılar