NATO Azərbaycanda bazalar yaradır?

"Todays Zaman" qəzeti sensasion məlumat yaydı

Türkiyənin "Todays Zaman" qəzeti NATO-nun Azərbaycanda yeni hərbi bazalar yaratmaq planı barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Ukrayna və Rusiya arasında gərginliyin artması, həmçinin regiondakı qeyri-stabillik Xəzər dənizinin neft resurslarının, eləcə də çox əhəmiyyətli neft-qaz marşrutlarının təhlükəsizliyini təhdid altında qoyur.

Beləliklə, regiondakı təhlükənin iki aspekti var: neft daşımaları marşrutlarına və regiondakı rəqib güclərin gələcəyinə təhlükə yaranır.

Bununla əlaqədar Cənubi Qafqazda Rusiya ilə Qərb arasında rəqabətin güclənməsi Azərbaycanın təhlükəsizliyi baxımından daha bir mühüm aspektdir.

İndi əsas məsələ odur ki, regiondakı təhlükəsizlik vakuumunu kim dolduracaq. Bir sıra ekspertlər hesab edir ki, Rusiya və Ukrayna arasındakı konflikt NATO-nun Azərbaycanda yeni hərbi bazalarının yaradılması ilə nəticələnə bilər. Amma NATO-nun Cənubi Qafqazda genişlənməsi məsələsində Rusiyanın açıq və birmənalı mövqeyini nəzərə alan bir çox analitiklər buna şübhə edir.

Bununla belə, 1995-2000-ci illərdə NATO bu regionda aktiv iştirakda maraqlı olduğunu nümayiş etdirəndə də bir çoxları buna şübhə ilə yanaşmışdı. O zaman bu fikirdə olanların əsas arqumenti NATO-nun baş katibi Xaryer Solananın Brüsseldə Ermənistan prezidenti Robert Köçəryanla görüşdən sonra verdiyi bəyanata əsaslanırdı. O zaman NATO-nun baş katibi bildirmişdi ki, Alyans bu regiona qoşun yerləşdirmək barədə düşünmür.

Lakin regiondakı oyunçular, konkret olaraq Azərbaycan NATO-nun boru kəmərlərinin təhlükəsizliyində maraqlı olduğunu gizlətmir.  /azadlıq.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar