Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru istefa verib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan vəzifəsindən istefa verib.

“Report” “Panorama”ya istinadən xəbər verir ki, bu barədə o, müraciətində bildirib.

A.Vanesyan deyib ki, indiki vəziyyət fonunda istefa barədə qərarını ən düzgün və doğru sayıb.

Qeyd edək ki, bir müddət əvvəl onun istefa verdiyi, ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışından sonra ərizəsini geri götürdüyünə dair məlumat yayılmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar