Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 31%-dən çox azalıb
Baxiş sayı:
Dərc olunub:
16/09/2019 - 16:35
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 22 901,835 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.
Xarici ticarət dövriyyəsinin 59%-i, yaxud 13 519,907 milyon dolları ixracın, 41%-i, yaxud 9 381,929 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixracın dəyəri 5%, yaxud 639,963 milyon dollar, idxalın dəyəri isə 36,7%, yaxud 2 518,477 milyon dollar artıb.
Son nəticədə xarici ticarət dövriyyəsində 1 878,514 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 31,2% azdır.
Ölkə
Son yazılar
20:36
STRATEJİ UĞURUN PƏRDƏARXASI – Azərbaycan Rusiya hərbçilərini ölkədən çıxarmağa necə nail oldu?
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.