"Paşinyanın dediklərini təəccüblə izlədik" - Türkiyənin vitse-prezidenti

"Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət əvvəl Dağlıq Qarabağın Ermənistana aid olması haqqında dediklərini təəccüblə izlədik".

"Report"un xəbərinə görə, bunu Bakıda səfərdə olan Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

"Düşünürəm ki, bu tip populist fikirlər danışıqlara mənfi təsir edir. Dünya ictimaiyyəti də bu məsələyə səssiz qalmamalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. 1 milyondan artıq məcburi köçkünün tezliklə torpaqlarına qayıtmasını arzu edirik", - deyə, F.Oktay vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar