Rusiyanın «həyasız adamı» yenə Ukraynaya «ilişdi» - «Onların hamısına Rusiya pasportu verilsin»

Rusiya Libral Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski bəyan edib ki, Ukraynanın amerikanlaşdırılması prosesini dayandırmaq yalnız bir üsulla mümkün olar - bu ölkənin vətəndaşlarının hamısına Rusiya Federasiyasının pasportunu verməklə.

Siyasətçi bu fikirini özünün «Teleqram-kanalı»nda bölüşüb və qeyd edib ki, Rusiya sənədlərinin verilməsi təkcə Donbasda yox, Ukrananın bütün ərazisində həyata keçirilməlidir.

«Rusiya pasportunu vermək, vermək, vermək lazımdır. Nəinki Donbasda, həm də Ukraynada arzu edənlərin hamısına. Nəticədə biz ona gəlib çatacağıq ki, orada Ukrayna vətəndaşı qalmayacaq. Göstərəcəklər - Rusiya, Polşa, Rumıniya pasportları. Ukrayna pasportu isə artıq yoxdur. Bax, bu, Ukraynanın layiqli sonu olacaq…» - deyə, Jirinovski «falabaxanlıq» edib.

Ukraynalı sosioloq Yevgeni Kopatko bu yaxınlarda «Rusiya-1» telekanalıın «60 dəqiqə» proqramınında maraqlı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə,  Ukraynada gedən bəzi siyasi proseslər ona şərait yaradır ki,  sanki bu ölkəni Polşa, Macarıstan və Rumıniya arasında bölürlər. Ekspertin sözlərinə görə, «Nezalejni»də artıq 5 ildir ki, qərbli qonşular üçün sərfəli vəziyyət hökm sürür.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar