Çin raket istehsalı sahəsində Rusiya və ABŞ-ı ötüb keçib...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çinin «Sina» nəşri bəyan edib ki, Çin Xalq Respublikası (ÇXR) orta mənzilli raketlərin istehsalı sahəsində Rusiyanı və Amerika Birləşmiş Ştatlarını ötüb keçib. Nəşrin izahına görə, 1987-ci ildə ABŞ və Sovet İttifaqı orta və qısa mənzilli raketlərin ləğvi barədə Müqavilə (OQMRL) imzalayıb, əllərində olan Yer bazalı orta və qısa mənzilli raketləri məhv ediblər.

Çinə gəlincə, bu ölkə heç bir sənəd imzalamayıb və belə raketlərin hazırlanması ilə məşğul olmaq imkanı əldə edib. Nəşr yazır ki, yaranmış vəziyyət Çinin «proqressiv, miqyaslı və tam mənada ballistik sinifə» aid edilən raket «parkı»nın formalaşmasına gətirib çıxarıb.

«Hazırda Çin 3 ən yeni və orta mənzilli raket kompleksinə malik olduğunu açıqlayıb: «Dunfen-16», «Dunfen-21» və «Dunfen-26» raketləri. Bu raketlərin bir neçə modeli mövcuddur. Onların hər biri unikal texniki imkanlara malikdir» - deyə, nəşr misal gətirir.

Məlumat üçün bildirək ki, orta mənzilli ballistik raketlərin uçuş məsafəsi 500-5000 kilometr arasında dəyişir. Göründüyü kimi, bu raketlər Rusiya və ABŞ ərazisində yerləşən bir sıra obyektləri vurmaq imkanına malikdir.

"AzPolitika"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar