"Fənərbağça" liderə uduzdu

Türkiyə Superliqasında 4-cü tura yekun vurulub.

Qol.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş keçirilib.

“Fənərbağça” səfərdə lider “Alanyaspor”la üz-üzə gəlib. Ardıcıl 3 oyundur qalib gələn meydan sahibləri bu matçdan da qələbə ilə ayrılıblar - 3:1.

16 sentyabr

Türkiyə Superliqası

4-cü tur

"Alanyaspor" – "Fənərbağça" - 3:1

Qollar: T.Cigerci, 39 (0:1), Sisse, 45+2 (1:1), 46 (2:1). Fernandes, 62 (3:1)

Qeyd edək ki, "Alanyaspor" 12 xalla lider, "Rizəspor" 8 xalla 2-ci, "Fənərbağça" 7 xalla 3-cüdür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar