Timoşenko Poroşenkonun siyasətindən narazıdır

Prezident Poroşenkonun təklif elədiyi və Ali Radanın qəbul elədiyi, Donbasın ayrı-ayrı rayonlarının xüsusi statusu və amnistiya haqda qanunlar regionda sülhə gətirməyəcək. musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın sabiq baş naziri, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko deyib.

“Mən bildirmək istəyirəm ki, bu qanunlar ölkəyə əmin-amanlıq gətirməyəcək, ona görə ki, Minsk protokolları pozulub... Hesab edirəm ki, yeganə çıxış yolu Cenevrə formatında və güclü mövqedə yeni danışıqlara başlamaqdır.

O format ki, orada ABŞ, Avropa Birliyi, Ukrayna və xüsusi qeyd eləmək istəyirəm – rəsmi Rusiyanın təmsilçiləri iştirak edəcək, naməlum “DXR” VƏ “LXR”in nümayəndələri yox”, - əlavə edib Timoşenko.

“Batkivçina” deoutat fraksiyası səsverməyə qatılmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar