Pakistan Hindistanla nüvə müharibəsini istisna etmir – İmran Xan

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pakistan İslam Respublikasının (PİR) Baş naziri İmran Xan bəyan edib ki, mübahisəli Kəşmirdə yaranmış vəziyyət nüvə müharibəsinə gətirib çıxara bilər.

O, qeyd edib ki, müharibəyə qarşı çıxış edir, acaq «iki nüvə dövləti adi müharibə aparırsa, o zaman həm də nüvə müharibəsinə başlamaq təhlükəsi yaranır» («The Telegraph»).

Pakistan hökumətinin başçısı həm də Hindistanın Kəşmir özünüidarəsini ləğv etmək barədə qərarına digər ölkələrin reaksiyasından narazılığını ifadə edib. Bu zaman Xan Hindistanı Kəşmirə yönəlik genosid siyasəti yeritməkdə ittiham edib.

Xatırladaq ki, bundan əvvəl Hindistan hakimiyyəti Cammu və Kəşmir ştatlarının xüsusi statusunu ləğv edib və ərazini iki hissəyə bölüb. Bunun cavabında Pakistan Hindistan səfirini ölkədən çıxarıb.

Pakistanla Hindistan arasında Kəşmir problemi 1947-ci ildən davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar