Gürcüstanda Krım-Konqo qızdırmasından bir nəfər ölüb

Gürcüstanın Samtsxe Cavaxeti bölgəsinin Aspindza qəsəbəsində 30 yaşlı kişi Krım-Konqo hemorragik qızdırması virusundan ölüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ölüm faktı sentyabrın 13-də qeydə alınıb.

Virusa yoluxan şəxs Tbilisiyə çatdırılsa da, vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, Krım-Konqo qızdırması gənələrin miqrasiyasının daha fəal olduğu yay və payız ayının əvvəlində yaranır.

Mərkəzdən qeyd olunub ki, bu il Gürcüstanda Krım-Konqo virusuna 6 nəfər yoluxub, 3 nəfər ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar