Qırğızıstan Tacikistana nota verib

Dərc olunub: 17/09/2019 - 11:20

565d80862b89f74Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) Tacikistan səfirinə etiraz notası təqdim edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etiraz notası ötən gün Qırğızıstan – Tacikistan sərhədində baş vermiş silahlı insidentlə bağlı verilib.

Hadisə nəticəsində Qırğızıstanın 1 nəfər sərhədçisi ölüb, hər iki tərəfdən xəsarət alanlar var.








loading...


Fikrinizi bildirin