İtaliyanın "Eni" neft emalı zavodunda partlayış olub

İtaliyanın şimal-şərqindəki Sannadzaro de Burqondi şəhərindəki "Eni" neft emalı zavodunda (NEZ) güclü partlayış olub.

"Report" TASS-a istinadən xəbər verir ki, tüstü hadisə yerindən bir neçə kilometr aralıdan belə görünür.

Yerli meriyadan verilən məlumata görə, insident nəticəsində heç kim xəsarət almayıb. Hadisə yerində yanğınsöndürənlər çalışırlar.

"Eni" özü də yoxlamalar aparır və vəziyyətin nəzarət altında olduğunu bildirir.

Xüsusi xidmət orqanları artıq hadisə bölgəsindəki atmosfer göstəricilərinin monitorinqinə başlayıb.

Partlayışın səbəbləri araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar