Prezidentin keçirdiyi mitinqdə partlayış - 24 nəfər ölüb, 31 nəfər yaralanıb

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəninin keçirdiyi seçkiqabağı mitinqdə törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 31 nəfər yaralanıb.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, hücum Parvan əyalətinin Cəngəlbağ rayonunda törədilib.

Hələlik heç bir silahlı qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.

Qeyd edək ki, sentyabrın 28-də Əfqanıstanda prezident seçkisi keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar