Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı

"Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına hər sərnişinə görə bir manat müqabilində (toplam dörd sərnişin) qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır".

Bu barədə Sputnik Azərbaycan-a danışan Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, "bir manatlıq taksi" adı altında sərnişin daşıyanlar şəhər sakinlərinin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur və bununla bağlı tədbirlər görüləcək:

"Sürücülər "çörək pulu" qazanmaq adı ilə bu variantlara əl atırlar, lakin taksi fəaliyyəti qanun çərçivəsində həyata keçirilməlidir. Daxil olan məlumatlardan da görünür ki, bu tendensiya paytaxtın müxtəlif ərazilərində artmaqdadır.

Bəzən "1 manatlıq" taksi fəaliyyəti ilə məşğul olan sürücülərin qeyri-etik davranışları, dayanma-durma qaydalarını pozması və bəzən avtomobili sərxoş halda idarə etməsi faktları var".

635x100

Şərhlər

veten dashı 2019-09-17 13:19:46

BNA vətəndashların müraciətlərin eşitmir,bu millətin canın monopolist xətt sahiblərinin yaxasından qurtara bilmirliər.Onların səviyyəsiz xidmətindən bizləri bir manatlıq taksilər xilas edir. Yalandan bəhanələr gətirib onları da yiğışdırsaniz Koroğlu metrosu ətrafında böyük qiyam hazırlayarsız.Səbəbləri araşdırıb nəticəsini aradan qaldırın.Milləti bu xaotik vaxtda Ölkə rəhbərliyinin üstünə qaldırmaq istəyən bədxah qüvvələrə yardımda bulunmayın....

Sərnişin 2019-09-17 13:19:46

1 manatlıq taksiyə minib 30 dəqiqəyə harasa çatmaq sauna effekti verən 30 qəpiklik basabas metroya minib harasa getməkdən 100 dəfə yaxşıdır. Minən bilir ki alacağı xidmət 10 manatlıq taksidəki kimi olmayacaq. Sərxoş sürürsə tut cərimələ day manatlıq sürmə deyəmməzsən ki bıy.

omer 2019-09-17 13:19:46

Vaqif muellim yalanci statiskalara baxib xalqin ustune gelmeyin.heleki yeni neft erasinin xeyrini gore bilmeyenler manatliq taksi istetmek ve bu taksiden istifade etmek mecburiyyetindedir.millet eve pul aparmaq ucun clisir..eger xeyir gorenlere mane olurlarsa gerek bagislayasiniz

Son yazılar