Elinanın intihar etdiyi məktəbə yeni direktor təyin edilib

Elina Hacıyevanın intihar etdiyi 162 saylı tam orta məktəbə yeni direktor təyin olunub. Təhsil Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, müvafiq əmrə əsasən bu vəzifə Arzu Nəzərovaya tapşırılıb.

Məlumat üçün bildirək ki, Arzu Nəzərova 1961-ci ildə Gəncədə anadan olub. Gəncə Dövlət Pedaqoji Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsini bitirib. 5 il Gəncədə yerləşən 2 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra edib.

Xatırladaq ki, 2019-cu il aprelin 4-də sözügedən məktəbin VIII sinif şagirdi Elina Hacıyeva intihar edib. Hadisə ilə bağlı məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda proses Səbail Rayon Məhkəməsində davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar