Gürcüstandan Krım seçkilərinə rəsmi münasibət

Gürcüstan Krım seçkilərini qəbul etmir

Gürcüstan hakimiyyəti elan edib ki, Krım muxtar respublikasının ilhaqını pisləyir və bununla əlaqədar beynəlxalq hüququ, Ukrayna qanunlarını kobudcasına pozan, Krımda və Sevastopolda keçirilən yerli seçkiləri qəbul etmir.

ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi şərh yayıb.

“Gürcüstan bir daha Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə qəti dəstəyini bildirir”- deyə ölkənin Xarici İşlər Nazirliyinin müraciətində deyilir.

Xatırladaq ki, keçən bazar Krımda parlament seçkisi keçirilib. Ukrayna hakimiyyəti seçkiləri qeyri-qanuni adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar