Rus milyarderi ev dustağı edildi

Rusiyanın ən varlı şəxslərindən biri ev dustağı edilib. Vladimir Yevtushenkov şirkətinin səhm alması zamanı pul yuyulmasında iştirakda şübhəli bilinir.

AFK Sistema şirkəti Başqırdıstanın «Başneft» neft istehsalçısında pay əldə edib. AFK Sistema bəyanatında bu ittihamları «tamamilə əsassız» adlandırıb və mübarizə aparacağını bildirir.

Rusiya mediası iyunda yazırdı ki, Rusiyanın ən böyük neft şirkəti, «Rosneft» «Başneft»i almaq istəyir. İyulda Moskva məhkəməsi «Başneft»in kapitalını pul yuma istintaqı çərçivəsində dondurub.

«Rosneft»i Prezident Vladimir Putinin qüdrətli köməkçisi Igor Sechin idarə edir.

Rusiya Sənayeçilər Birliyinin rəhbəri Alexander Shokhin deyib ki, Yevtushenkov-un həbsi «şübhəsiz Yukos N 2-yə bənzəyir».

Putinin sözçüsü Dmitry Peskov bu bənzətməni «qeyri-uyğun və əsassız» adlandırıb.  /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar