Millət vəkili Dövlət Məşğulluq Xidmətini tənqid edib

Millət vəkili Rauf Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyətini tənqid edib.

APA-nın məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edən millət vəkili bildirib ki, insanlar iş üçün deputatlara müraciət edirlər.

R. Əliyev qeyd edib ki, Dövlət Məşğulluq Xidməti işlə bağlı müraciət edən şəxsə ən aşağı səviyyəli işləri təklif edir: “Həmin şəxs də deyir ki, ali təhsillidir, ona görə də təklif edilən işdən imtina edir. Beləliklə, həmin vətəndaş işsiz qalır. Bu məsələyə hansısa formada baxılmalıdır”.

635x100

Şərhlər

Adamsiz 2019-09-18 19:39:57

Meqaleye ne Huquq Surasinin sedri Fikret Memmedov ne de hakimler reaksiya vermediler. Guya bunlar hele islahat aparirlar. Prezident Aparatinda Fuad Elesgerevun sobesine muraciet etdim. Ferid Seyidov dedi ki xanim men sizin mektubu arasdirilmasi ucun Edliyye Nazirliyine gonderirem. Dedim orada hec bir sikayete baxmirlar. Dedi siz narahat olmayin bir var siz gonderesiniz birde var biz. Duz 3 aydan sonra Edliyye Nazirliyinin sobe reisi Tebriz Ehmedov 5 abzasliq bir mektub yolladi.

Vətəndaş 2019-09-18 19:39:57

Cənab Nazir,Şəki Məşğulluq Mərkəzinə təyin olunan kadrlar kimləri işlə təmin edə bilər ...?

Son yazılar