“RESTORANLAR DOLU, AVTOMOBİL İDXALI ARTIB...” – Real sədrindən maraqlı açıqlamalar

"Avtomobil əlindən Bakıda tərpənmək olmur. Restoranlar hər axşam ağzına qədər dolu. Sayını itirdiyimiz müasir ticarət mərkəzində səhərdən gecəyə qədər "mitinq"dir. O restoranların, kafelərin müştəriləri, sahibləri, onların ailələri... Telefon və kompüter mağazalarının sahiblərini dindirirsən, hamısı deyir ki, satışlar artır".

"AzPolitika.info" xəbər verir ki, bir qədər qəribə görünsə də, ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdığından, yəni iqtidarın uğurlarından xəbər verən bu fikirləri müxalifətdə olan Real Partiyasının sədri İlqar Məmmədov şəxsi feysbuk hesabından paylaşıb.

İlqar Məmmədov statusunda Azərbaycanda orta sinfin olmamasıyla bağlı iddiaları qəbul etmədiyini bildirib: "Birincisi, Real təkcə orta sinfə səslənmir. Amma bu başqa mövzudur. İkincisi, orta sinfin çox tərifi var, bu da olsun ağlabatan daha biri: 10 il əvvəl "The Economist" jurnalında dərc edilən geniş araşdırmada iddia olunurdu ki, qidasını və yaşayış yerini təmin edəndən sonra adamın gəlirinin 1/3 əlində qalırsa və o, həmin gəliri təhsildən tutmuş həyat keyfiyyətini yüksəldən mal və xidmətlərə qədər, ürəyi istədiyi kimi xərcləyə bilirsə, onu orta sinfə aid etmək olar.

Avtomobil idxalı bu il 1,6 dəfə artmışdır. Evlərin qiyməti tələbat səbəbilə hələ də bahadır. Kitab mağazalarının sayı, tərcümələrin sayı son 10 ildə bəlkə də dəfələrlə artmışdır. Özəl tədris kursları, özəl məktəblər və özəl uşaq bağçaları. O avtomobilləri alanlar, o evləri alanlar, o kitabları oxuyanlar, hələ müzakirəsini edənlər, o məktəblilərin və uşaqların valideyinləri və daha kimlər, kimlər...

İqtisadi təməli xəstə, yəni neft-qaz pullarından asılı olsa da, onun iqtisadi kökünün xəstə və tezçürüyən olduğunu orta sinif mənsubları anlasa da, anlamasa da, orta sinif Azərbaycanda VAR, ən azı yüzminlərlə, bəlkə də çox seçicidən ibarətdir".

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Adam 2019-09-18 19:40:02

Ilqar Məmmədov....,korrupsiya yağır.

Cocomelon 2019-09-18 19:40:02

Siz azerbaycanin prezidenti olmaga layiq siyasetci deyilsiz ilqar memmedov.gedin natiq ceferliynen 1 tas nerd oynuyun 5 manatdan

Pisi 2019-09-18 19:40:02

Size kim soz veribse ki deputat olacaqsiz mence boyuk sehv eliyib sizden hec jek mudiride olmaz.1ci si danisanda hec ozunuzde bilmirsiz ne danisirsiz vallah men sizin musahibelerinizden hecne basa duse bilmirem avropa surasi geldi insan haqlari getdi bir sozle cox darixdirici insansiz.2cisi de ki ana dilimizde normal danisa bilmirsiz.yalniz ana dilimizde serbest mukemmel danisan siyasetci qelblere yaxin ola biler.men wexsen sizi umumiyyetle efirde gormek istemirem.sizden agilli cox insan var bu memleketde

Amon 2019-09-18 19:40:02

Buda ancaq bos bos danisir.ilqar bey siz xaraktersiz insansiz artiq herkes sizi taniyir

avam şofer 2019-09-18 19:40:02

Bu da belə getdi......Narahat olmayın İlqar bəy siz tək belə deyilsiniz.Millət belə şeylərə öyrəşib.

tural 2019-09-18 19:40:02

Əslində normal ölkələrdə orta sinif əhalinin ən azı 60-70 faizini təşkil etməlidir.

Səlim 2019-09-18 19:40:02

Görünən odur ki,İlqar üzdə mövqeyini 180 dərədə dəyişib və bu məni hiddətləndirir.Amma o deputatlıga namizəd olsa mən ona səs verərəm.Çünki əminəm ki, onun bu dəyişkənliyi deputat kreslosuna oturana qədərdir.Sonra onu susdurmaq olmayacaq.İndiki boşbogaz,"alverçi", xaricdəkilərin hesabına xalqın oyanmış, qalxmış ümidini də 19 yanvardan sonra yalançı mitinq keçirəcəkləri ilə hakimiyyətlə alverlə uzadan, məhv edən satqın Mıx-Əli-fətdən deputat İlqar dəfə yaxşı olacaq.İlqar müxalifət LİDERİ olmaga uygundur.

eloqlu 2019-09-18 19:40:02

men bileni restoranlara qedenler , eyni adamlardi )

Omar 2019-09-18 19:40:02

Miri bey,bayılıyoram size.Hemişeki kimi möhteşem yorum yapdınız.Elinize sağlıq.

Pərviz 2019-09-18 19:40:02

----------

miri 2019-09-18 19:40:02

Orta sinif? İndi bir qrup haramzadə oliqarxlar, onlarin "süfrə artığı" ilə yaşayan və ya onlara qulluq edən ortabablar,sürünən kasıblar var. Oliqarxları hamı tanıyır. Ortabablar isə polis, məhkəmə, prokurorluq orqanlarında işləyənlər və qohumları,dövlət idarəetmə strukturunun məmurları və qohumlari, oliqarxın təbəqənin uzaq qohum əqrəbası və onların "komfortunu təmin edənlər", bəzi müstəqil kiçik biznes sahibləridir. Sürünən kasiblari da hamı tanıyır. İndi sual olunur: bu ortabablarin hansisa qrupu nəzəri cəhətdən müxalif düşərgəyə keçə bilər? Olar, amma 2 yolu var. 1. Kimsə komandası versin,2. Muxaliyiyini elan etmiş qrup indi MM oturan "cib müxalifəti" qrupuna aid olsun. Vəssalam.

Əlif 2019-09-18 19:40:02

İlqar Məmmədov düz deyir, bir neçə yez min adam, bəlkə də 300-350 min,heç də pis yaşamır. Bütün restoranların tutumu heç bu qədər olmaz, yaxşı maşınları da onlar alır. Ancaq, 350 min adam Azərbaycan əhalisinin 10/1-ni də təşkil etmir. Bu cəmi 3,5%dir. CƏMİ 3,5 Faiz. Budurmu orta sinif??? Bərəkallah, İlqar Məmmədov. Amma onu da çox qınamıram. Həbsxana və ya azadlıqda babat dolanışıq - bu seçimi hər kəs özü edir. İlqarın da seçimi göz qabağındadır.

aqil 2019-09-18 19:40:02

yeni iyne novu var.insani 180 derece deyiwir

İlqar Məmmədov-a 2019-09-18 19:40:02

İlqar Məmmədov, Azerbaycanda yalniz, RUSHVETXORLAR SINIFI VAR..., orta sinif ise, KORRUPSIYA SISTEMINDE OLMUR.

Bashirov Qarib 2019-09-18 19:40:02

Zahid Oruc kimi deputadlar artacaq,deyəsən.

Alı 2019-09-18 19:40:02

İlqar "agıllandıgı" görüntüsü yaratmaqla parlamentə düşməyi hədəfləyib.Ona görə də son zamanlar taktikanı dəyişərək iqtidarın zəif olan təriflərdən yararlanmaqla deputatlıgına gedən yolun asanlaşdırmaga çalışır.Olsun.Siyasətdə əsasməqsəd hansı yolla olur olsun hədəfə yetişməkdirsə bu taktika anlaşılandır.Amma İlqar bir şeyi də unutmamalıdır ki, iqtidardakılar agıllı adamı heç zaman yaxına buraxmır.Çünki sonra onların kölgəsində qalacagından qorxur.Bu hakimiyyət dogruya heç vaxt etibar etməz.

Son yazılar