"“İnşallah sağ qalmaz” ifadəsi Xalidə Bayramovaya məxsusdur" - Sevinc Abbasova + VİDEO

Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.

Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. Məhkəməyə Səbail rayon icra başçısının müavini Xalidə Bayramova ifadə verib və daha sonra məhkəməni tərk edib.

Keçmiş direktoru Sevinc Abbasova daha sonra jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, təcili yardım 84 dəqiqə gec çağırılıb:

"Elina Hacıyeva məsələsi adi məsələ deyildi. Psixatrop maddənin təsiri altında intihar hadisəsi halı olduğu üçün polislər müəyyən araşdırmalar apardı. Sonra biz onu yola salanda uşaq salamat idi. Xəstəxanaya da yanına getmişəm. Məni reanimasiyaya buraxmadılar. Uşaq tək olduğu üçün onu xəstəxanada qoyub gecə bilmədim.

Uşaqla da çox mehriban söhbətimiz olub. Eliniçka məni görən kimi tez qaça-qaça gəlib salamlaşırdı. "İnşallah sağ qalmaz" ifadəsi ilə bağlı 20-yə yaxın adam Prokurorluğa çağırılıdı. Onların səs analizlərini götürdülər. Müasir texnologiyalar vasitəsi ilə səsyazısını yoxladılar və məlum oldu ki, o, Xoşqədəm xanımın sensasiya yaratmaq arzusudur. Oradaki səs Xalidə Bayramovaya məxsusdur".

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Daha sonra Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılan cinayət işinə xitam verilib.

635x100

Şərhlər

Вольдемар 2019-09-18 19:52:17

Судя по ее кружевам,можно утверждать,что она работает со школьницами.однако,вот парадокс:такие люди со временем забывают о своем возрасте и предназначении.начинают конкурировать и соревноваться с детьми. Вот тогда и теряют они чувство реальности. Вернее реальность их поглощает, становятся они черствыми,ругающимися,мелко мстящими. Забывая,между тем о том,что их работа в этом.если бы дети были зверьми в зоопарках,то такие учителя были бы осторожнее.мораль в том,что не все годятся в учителя. Не зря учителями всегда назначали высоко одухотворенных и мудрых людей,а не таких квазимод как эта.никакие низкие зарплаты такое не оправдают.

müəllim 2019-09-18 19:52:17

Direktor görəsən nəyə görə şən əhval-ruhiyyədədir? Keyfi yaman kökdür!!! Yaman gülümsəyir. Deyəsən, iş onun xeyrinədir!!! Vay ölənin halına! Xarici görünüşü də yaman dəyişib yaxşılığa doğru. Çox yaxşılaşıb. Məktəb direktoru işləyəndə heç belə deyildi. Ev dustaqlığı ona düşüb.

Elli 2019-09-18 19:52:17

Uşaqların məsuliyyəti tam direktorun üzərindədir.84 dəqiqə təcili yardım çağırmamaq isə ikiqat jinayətdir. Məsuliyyəti polisin üzərinə yıxmaq isə yumşaq desək mənəviyyatsızlıqdır. Məhkəmə zəhmət çəkib cinayətkarları cəzalandırmalıdır. Hər şey videolarda var.Hətta hüquqşunas olmayanlar da bu videolara baxıb cinayətkarları müəyyənləşdirə bilərlər.Demək istəyirəm ki, cinayətdə təqsirləndirilənlər çox açıq görünür bu videolarda. Çox azacıq ədalət kifayət edər ki, suçlular cəzalandırılsın. Ədalətli olun!

seda 2019-09-18 19:52:17

inweallax sizlerde cezanizi alarsiniz bu dunya bele qalmaz...

Bashirov Qarib 2019-09-18 19:52:17

Belə baxanda bu məsələdə məktəbin heç bir gunahı yoxdur.Övladlarımıza sahib çıxmalıyıq,onlarla səmimi olmalıyıq. Məktəbi gunahlandırmagın yeri yoxdur.

EJDER 2019-09-18 19:52:17

MALADES,HESAB EDIREM KI,XALIDE BAYRAMOVAYA ,,WEREF,,ORDENI VERILMELIDI,MIKRAFONU DUZGUN TUTDUGUNA GORE

Son yazılar