Ermənistanın polis rəisi istefa verib - Paşinyanla "ağır söhbətdən" sonra...

Ermənistanın polis rəisi Valeri Osipyan baş nazir Nikol Paşinyan ilə ağır söhbətdən sonra istefa barədə ərizə verib. Bu haqda sentyabrın 18-də səhər bəzi KİV bildirib.

Bir gün öncə Təhlükəsizlik Şurasının iclasında baş nazir polisdən fəallar tərəfindən bağlanmış Amulsar qızıl yatağına gedən yolun açılmasını tələb edib.

Osipyan əməliyyatın sakit keçəcəyinə şübhə ilə yanaşdığını bildirib və güc tətbiqinin təhlükəli olduğunu deyib.

Bunun cavabında Paşinyan deyib ki, əgər polis rəisi bunu etmək iqtidarında deyilsə, əməliyyat ilə polis qoşunları komandanı Vaqe Karazyan məşğul olacaq.

Yüksək tonda danışıq Osipyanın istefa ərizəsi verməsi ilə nəticələnib.

Xatırladaq ki, bir gün öncə Paşinyanın yanında Milli Təhlükəsizlik Şurasının rəhbəri Vanesyanla da oxşar münaqişə baş verib və o da istefa verib. Rəsmi məlumatda o, hakimiyyəti səriştəsizlikdə və dövlət səviyyəli məsələləri həll edə bilməməkdə ittiham edib. (Turan)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar