"Cəmi bir qızıl medalım qaldı" - Mariya Stadnik

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik ikiqat dünya çempionluğunu əldə etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı həmin müsahibəni təqdim edir:

- Sizə elə gəlmir ki, asan qələbə oldu? 

- Bu, sizə elə gəlir. Bu medaladək gəldiyimiz yolu bilmirsiniz. Bu medalı şəxsi məşqçim, dünyanın ən yaxşı məşqçisi Andrey Stadnikə həsr etmək istərdim. Bu medal onun xidmətinin nəticəsidir. Böyük təşəkkürlər!

- Yaponiyalı əsas rəqibiniz Yui Susakinin dünya çempionatında iştirak etməyəcəyini eşitdikdə, çempion olacağınızı düşünmədiniz? 

- Xeyr. Mənim üçün rəqibin fərqi yox idi. Bura qızıl medal üçün gəlmişdim. Hansısa rəqibin iştirak etməməsi anlayışı yoxdur. Güclü olmaq istəyirsənsə, ən güclüləri udmalısan. Bu halda güclülərin güclüsü olursan.

- Düşünmürsünüz ki, cəmi bir qızıl medalınız qaldı? 

- Bəli, elədir (gülür). Sonra isə istirahət etmək olar. Olimpiya qızılınadək isə çalışmaq, vuruşmaq lazımdır. Qızıl medal qazanmaq istəyirdim. Kiminlə qarşılaşmağımın və kimi udmağımın isə fərqi yox idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar