Binalar arasındakı məsafə qısaldıldı

Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"da dəyişikliklər edilməsi barədə qərar verib.

Nazirlər Kabinetindən verilən məlumata görə, qərarda qeyd olunur ki, məlumatlandırma icraatı tətbiq edilən yaşayış evləri ilə bağlı məsələlərdə divarın hündürlüyü də nəzərə alınacaq.

Belə ki, qərara əsasən, "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"a "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi" sözləri əlavə edilib.

Bu qaydalar yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələri müəyyən edir.

Tikinti ərazisinin sərhədləri daxilində binanın xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar