“Nizami” metrostansiyasında eskalatorun təmiri başa çatıb

Cari ilin iyun ayında texniki normativlərin tələbinə uyğun olaraq əsaslı təmirə dayandırılmış “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatoru istismara verilib.

"Bakı Metropoliteni" QSC-dən APA-ya bildirilib ki, eskalator sökülüb, təmir işləri aparılıb, zəruri hissələri yenilənib. Quraşdırma və sınaq-tənzimləmə işlərindən sonra müvafiq baxış keçirilərək eskalatorun istismar vəziyyəti, təhlükəsizlik tələblərinə uyğunluğu, görülən işin keyfiyyəti qiymətləndirilib.

Bildirilib ki, bu tip eskalatorlar 110.000 km-ə yaxın qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

“Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar