Qəbələdə avtomobil azyaşlını vurub

Qəbələ rayonunda avtomobil velosipedlə hərəkət edən uşağı vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çuxur Qəbələ kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2010-cu il təvəllüdlü Məsimli Əsgər Əlvan oğlu yolun kənarı ilə velosipedlə hərəkət edərkən ehtiyatsızlıq edib, “VAZ 2106” markalı minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan uşaq təcili olaraq Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar