Ruhiyə qarşı təxribat - Foto

“Dəb ikonası” kimi tanınan biznes-ledi Ruhi Əliyeva da “Facebook qurbanı”na çevrilib. “Qafqazinfo”nun məlumatına görə, onun adına saxta hesab açılıb və istifadəçilərə dostluq bildirişləri göndərilir.

“Bunu bilmirəm kim edib, ancaq səhifə elə istifadə olunur ki, sanki oranı özüm idarə edirəm. Bu məni narahat edir. Çünki daima mənim adımdan statuslar yazılır, şəkillərim paylaşılır, hətta “Özünə bax” layihəm və heç vaxt danışmadığım uşaqlarım haqda məlumatlar da yerləşdirilir. Ən çox narahat edən məqam isə dostlarımın şəxsi məktub yerinə mənim adımdan yazılanlardır. Hər kəsə bildirmək istəyirəm ki, mən heç bir sosial şəbəkədən istifadə etmirəm. Hesabın tezliklə bağlanılmasını istəyirəm”, - deyə biznes-ledi bildirib.

Ruhi onu da qeyd edib ki, əgər gələcəkdə sosial şəbəkələrə qoşularsa, bunu heç kimdən gizlətməyəcək:

“Mən sosial şəbəkələrə maraqlı adam deyiləm. Buna maraq göstərənlərə də heç bir etirazım yoxdur. Sadəcə mənim maraq dairəmi əhatə etmir. Əgər mən özüm orada olsam, bunu niyə gizlədim ki və niyə bundan narahat olum? Ümid varam ki, bu anlaşılmazlığa tezliklə son qoyulacaq”.

Ruhi Əliyeva onun adına saxta hesab açanlardan səhifəni dərhal bağlamağı tələb edib. Əks halda hüquq-mühafizə orqanlarına müraciət edəcəyini də bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar