“Aramko”ya hücumda İranın rolunu sübut edəcəyik” – Səudiyyə Ərəbistanı

Dərc olunub: 18/09/2019 - 21:16

415d825dec5d37c“İran rejiminin “Aramko”nun iki obyektini hədəf alan terror hücumunda iştirak etdiyini və bununla bağlı maddi sübutları göstərəcəyik”.

APA Türkiyə mediasına istinadla xəbər verir ki. bu fikirlər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyində neft emalı zavoduna edilən məlum hücumla bağlı keçirilən mətbuat konfransında qeyd edilib.

Əlavə edilib ki, istintaqın son nəticələri açıqlanacaq: “İranın Səudiyyə Ərəbistanının nəhəng neft emalı zavodu olan “Aramko”nun iki obyektini hədəf alan terror hücumunda iştirak etdiyini sübut edən maddi sübutlar və İran silahlarını təqdim edəcəyik”.

“Al Arabiya”nın yaydığı xəbərə görə isə mətbuat konfransında Müdafiə Nazirliyinin sözçüsü Turki əl-Maliki bildirib ki, hücumla bağlı İran həqiqətləri saxtalaşdırmağa çalışır.

O, qeyd edib ki, hücum “Saudi Aramco”nun obyektlərinə hücum İranın dəstəyi ilə şimal tərəfdən baş verib.

Turki əl-Maliki əlavə edib ki, Səudiyyə Ərəbistanı hazırda neft obyektlərinə hücum edən dronların satış mənbəyini təyin edir.

745d825efbdb1bf








loading...


Fikrinizi bildirin