Zərif ABŞ sanksiyalarının genişləndirilməsini “iqtisadi terror” adlandırıb

Dərc olunub: 19/09/2019 - 08:52

zerifİranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın Tehrana qarşı sanksiyalarını ölkənin adi vətəndaşlarına qarşı genişləndirilməsi kimi qiymətləndirərək bu qərarı “iqtisadi terror” adlandırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, bu barədə öz “Twitter” səhifəsində yazıb.

Zərif əlavə edib ki, bu addım ABŞ-ın adi vətəndaşları qəsdən hədəfə almasının bir etirafıdır.

Qeyd edək ki, ötən gün Tramp ölkənin maliyyə nazirinə İran dövlətinə qarşı sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirməyə göstəriş verib.








loading...


Fikrinizi bildirin