Ermənistanda ehtiraslar qızışır

"Konstitusiya islahatının əsas və tək hədəfi Serj Sarkisyanın hakimiyyətdə qalmaq cəhdidir".

Bu barədə jurnalistlərə açıqlamasında "Erməni milli konqressi" partiyasının mətbuat katibi Armen Musinyan deyib.

"Biz əminik ki, indiki prezident və onun komandasının bu islahatları alınmayacaq və Sarkisyan öz hakimiyyət müddətini uzada bilməyəcək",- deyə Musinyan qeyd edib.

Hətta, Ermənistanın parlament idarəsi sisteminə keçidinin tərəfdarları belə konstitusiya islahatlarının keçirilməsinə qarşı çıxırlar. "İrs" partiyasının lideri Raffi Ovanisyan qeyd edib ki, bugünkü hakimiyyət belə islahatların keçirilməsi üçün qeyri-legitimdir.

Erməni parlamentinin üzvü Levon Zurabyan isə bildirib ki, varlıların əsas cəhdi hakimiyyəti nə bahasına olursa olsun saxlamaqdır.

Hamı bilir ki, Serj Sarkisyan öz prezident müddətini tamamlayır. Zurabyanın fikrincə, yeni islahatlar prezidentin baş nazir postuna keçməsinə və Sarkisyana uzun illər öz hakimiyyətini geniş səlahiyyətlərlə davam etdirməyə imkan verəcək.

Parlamentin çox deputatları artıq açıqca deyirlər ki, xalq konstitusiya islahatlarını deyil iqtisadi islahatları gözləyir. Ölkədə sözün həqiqi mənasında yaşamaq gündən-günə çətinləşir.

Erməni qəzeti "Aravot" bildirir ki, ərzaq məhsullarının qiyməti son bir həftə ərzində kəskin şəkildə bahalaşıb. Hərçənd ki, ərzaqlar arasındakı əsas məhsul olan çörəyin qiyməti artmayıb. Nəşr qeyd edir ki, buna baxmayaraq çörəyin çəkisinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.

Amma, buna baxmayaraq hakimiyyət xalqı konstitusiya islahatlarıyla "yedirməyə" davam edir. /anspress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar