Bakıda “Volkswagen Passat” Gülgünü belə vurub öldürdü – VİDEO (16+)

Dərc olunub: 19/09/2019 - 12:37

hjhİki gün əvvəl Bakıda gənc qızın ölümünə səbəb olan dəhşətli hadisənin görüntüləri üzə çıxıb.

“AzPolitika” criminal.az-a istinadla xəbər verir ki, hadisə sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verib. Ramal Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 25 yaşlı Gülgün Əmiraslanlını vurub.

Video görüntülərdən görünür ki, N.Əmirazlanlı işıqforun yaşıl işığıının yanmasını gözləyir və avtomobillərin hərəkəti dayandıqdan sonra yolu keçmək istəyir. Bu zaman işıqforun qırmızı işığına məhəl qoymayan və yüksək sürətlə hərəkət edən “Volkswagen Passat” G.Əmiraslanlını vurur. Zərbənin təsirindən G.Əmiraslanlı hadisə yerindən bir neçə metr kənara düşür. O, aldığı xəsarətlərdən dünyasını dəyişir.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. R.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Piyadanın ölümünə səbəb olan R.Məmmədov 10 GN 002 dövlət nömrə nişanını bir neçə avtomobilin üzərinə bağlayırmış. Bundan başqa onun avtomobillə etdiyi təhlükəli manevrlərin videogörüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki,  publika.az-ın məlumatına görə hadisəni törədən 1987-ci il təvəllüdlü Ramal Məmmədov banklardan birində çalışıb. O, həm də atasına məxsus olan tikinti biznesinə nəzarət edirmiş.
Bildirilir ki, “Volkswagen Passat CC” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurub öldürən Ramal Məmmədov lüks həyata meylli olub və vaxtının böyük hissəsini gəzintilərdə, gecə klubu və çay evlərində keçirib. Onun maşınla vurub öldürdüyü 25 yaşlı Gülgün isə Bakı Hava Limanında “Asan Viza”da çalışıb.
Qeyd edək ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən Ramal Məmmədovun və avtomobilinin bəzi fotolarını təqdim edirik.

 








loading...


Fikrinizi bildirin